Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Putin Rusiyanın Cənubi Qafqazdakı hadisələrdə rolundan danışdı

Putin Rusiyanın Cənubi Qafqazdakı hadisələrdə rolundan danışdı

“Hər kəs yaxşı bilir ki, Rusiya da böhranlarla üz-üzədir, ilk növbədə Ukrayna istiqamətində… Lakin Rusiyanın son bir neçə ildə Cənubi Qafqazdakı vəziyyətə tarixən cəlb olunması bizə bu hadisələrdə iştirak etmək zərurətini diktə edir”.

Birinci24.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən məhdud tərkibdə görüşdə bildirib.

Onun sözlərinə görə, Rusiyanın Cənubi Qafqazdakı hadisələrdə iştirakı əlbəttə ki, tərəflərin tələb etdiyi ölçüdə olacaq:

“Buna heç bir şübhə yoxdur. Əgər biz Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olmaq, məsələni sərhədin delimitasiyası, demarkasiyasına çatdırmaq üçün nəsə edə bilsək, logistika və iqtisadiyyat istiqamətində müvafiq blokları açsaq, buna çox şad olarıq”, – Rusiya lideri vurğulayıb.

Putin əlavə edib ki, Rusiya Federasiyası Cənubi Qafqazdakı vəziyyətin həllində tərəflər üçün vacib olduğu dərəcədə iştirak etməyə hazırdır”.

“Mən bilirəm ki, Azərbaycan Ermənistanla bütün məsələlərin tam həllinə yönəlib. Rusiya sülhün imzalanması və Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası üçün nəsə edə bilsə, şad olar”, – Rusiya Prezidenti vurğulayıb.

Vladimir Putin Azərbaycana səfərindən sonra Prezident İlham Əliyevlə danışıqların nəticələrini Ermənistan Baş naziri Nikol Paşinyana bildirəcəyini deyib.

Editor

Related Posts