Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Xeyli miqdarda malların gömrük nəzarətindən yayındırılmasının qarşısı alınıb

Xeyli miqdarda malların gömrük nəzarətindən yayındırılmasının qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları müxtəlif növ malların gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısını alıblar.

Birinci24 informasiya agentliyi xəbər verir ki, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı “yaşıl kanal” vasitəsilə gömrük zonasını tərk edərkən əl və baqaj yüklərinə baxış keçirilməsi üçün inzibati binaya dəvət olunub.

Gömrük baxışı zamanı həmin şəxsə məxsus çamadan və bel çantasından gömrük orqanlarına bəyan edilməyən, 2 ədəd “İphone 15 Pro 128 GB” markalı mobil telefon, 3 ədəd planşet, 1 ədəd noutbuk, 4 ədəd “qulaqcıq”, 2 ədəd “Dyson” markalı fen, 350 ədəd müxtəlif növ telefon ekranı, 16 ədəd ətir aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Editor

Related Posts