Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Azərbaycanda buğdanın qiyməti 3% bahalana bilər” – Ekspert

“Azərbaycanda buğdanın qiyməti 3% bahalana bilər” – Ekspert

Bu gündən – avqust ayının 21-dən etibarən Rusiyada buğdanın ixrac rüsumu bir ton üçün 257,3 rubldan (2,8 dollar) 828,4 rubla (9 dollar) qədər artırılır.

Birinci24.com xəbər verir ki, bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda qeyd olunur.

Bəs görəsən, Rusiyada buğda ixracına tətbiq olunan rüsumun 3 dəfədən çox artırılması Azərbaycana necə təsir edə bilər?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Allahverdi Aydın bildirir ki, Rusiyada rüsumların qaldırılması Azərbaycanda buğda və unun bahalaşmasına səbəb ola bilər:

“Bildiyimiz kimi, Azərbaycanda buğdaya olan illik tələbat təxminən 3,5 milyon tondur. Bu tələbatı yerli istehsal hesabına təmin etmək mümkün deyil. Yerli istehsal tələbatın təxminən 55-60%-ni qarşılaya bilir. Azərbaycan buğdaya olan tələbatı qarşılamq üçün hər il 1 milyon tondan çox buğda idxal etməli olur. Buğda idxal etdiyimiz əsas ölkə isə Ruisyadır. Bu səbəbdən Rusiyada buğda ixracına tətbiq olunan rüsumun artırılması qiymətlərə təsir edə bilər”.

Ekspert bildirir ki, Azərbaycan bu il buğdanı yalnız Rusiyadan idxal edib:

“Bu ilin ilk yarısında Azərbaycana Rusiyadan 386 min ton buğda gətirilib. Bir ton buğda ölkəyə 220 dollara daxil olub. İxrac rüsumlarının hər ton üçün 6,2 dollar artırılması, buğdanın hər tonunda təxminən 3%-lik artıma gətirib çıxaracaq”.

Editor

Related Posts