Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Orxan Cabbarovun anası Yeganə xanım vəfat edib.

Birinci24.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu məlumat yayıb.

O bildirib ki, Orxan Cabbarovun anası onkoloji xəstəlikdən əziyyət çəkirmiş.

Qeyd edək ki, 1995-ci il təvəllüdlü Orxan Cabbarov Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. Ailəli idi. Ayxan adında bir oğlu yadigar qalıb. O, 44 günlük Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Noyabrın 9-da Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olub, Tovuz rayonunun Bozalqanlı kəndində dəfn olunub.

Editor

Related Posts