Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

27 mindən çox gənc arzusuna çatmadı – Azərbaycanda hər kəs bundan danışır

27 mindən çox gənc arzusuna çatmadı – Azərbaycanda hər kəs bundan danışır

Bu il ali təhsil müəssisələrinə rekord sayda qəbul olub. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, 55 min 656 nəfər tələbə adını qazanıb.

Bəs bunun müsbət və mənfi tərəfi nələr olacaq? 

Qeyd edək ki, dünən axşamdan mediada və sosial şəbəkələrdə hər kəs tələbə qəbulu ilə bağlı xəbərləri paylaşır, yazır.

Mövzunu şərh edən Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib ki, doğrudan da bu il təhsil müəssisələrinə müraciət edən abituriyentlərin sayı kifayət qədər yüksəkdir.

Onun sözlərinə görə, buraxılış imtahanlarında abituriyentlərin yüksək nəticələr əldə etməsi ilə bağlı daha öncədən fikirlər formalaşıb:

“Doğrudan da bu il buraxılış imtahanlarında abituriyentlər yüksək bal topladılar. Əslində, əksər abituriyentlər yüksək nəticəni elə birinci mərhələdə qazandılar. Nəticələr açıqlandıqdan sonra məlum oldu ki, 82,883 nəfər imtahan verən şəxslərdən 55,656 nəfər müsbət cavab alıb. Yəni bu il ali məktəbə qəbul olunan tələbələrin sayı 55 min 656 nəfər təşkil edəcək. Bu da indiyə qədər qəbul sayında rekord rəqəmdir. Ayrı-ayrı ixtisaslarda keçid ballarının yüksək olması ilə bağlı fikirlər özünü doğrultdu”.

İ.Orucov deyib ki, dövlət sifarişi əsasında, həmçinin ödənişsiz əsaslarla təhsil alacaq tələbələrin də sayında artım var: 

“Ümumilikdə tələbə qəbulu sayındakı artım plan yerlərinin artmasına gətirib çıxardı. Burada yeni fəaliyyətə başlayan universitetlərin də kifayət qədər rolu oldu. Hesab edirəm ki, təhsil hər dövlətin, millətin gələcəyini müəyyənləşdirən ciddi faktordur və təhsilli cəmiyyətlər mütləq şəkildə xalqların, dövlətlərin inkişafına gətirib çıxarır. Bu il gənclərimizin ali təhsil müəssisələrinə qəbul sayının artması müsbət və təqdirəlayiq haldır. Biz nə qədər ali məktəblərdə təhsil almaq imkanlarını genişləndirsək, bunun faydalarını cəmiyyətin inkişafında görəcəyik. Fürsətdən istifadə edib tələbə adını qazanmış bütün gəncləri təbrik edirəm”.

Editor

Related Posts