Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan gömrükçüləri aksiz markası olmayan 60 000 ədəd siqaret aşkar edib

Naxçıvan gömrükçüləri aksiz markası olmayan 60 000 ədəd siqaret aşkar edib

Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları aksiz markası olmayan 2 080 qutu (41 600 ədəd) “Marlboro” və 920 qutu (18 400 ədəd) “Parlament” markalı ümumilikdə 60 000 ədəd siqaret aşkar edib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, İrandan tranzit keçməklə Naxçıvan-Bakı istiqamətində hərəkət edən 99ZC683 qeydiyyat nömrəli “MERCEDES BENZ” markalı qarışıq yük aparan yük nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilib.

Yoxlama zamanı rentgen qurğusunda şübhəli monitor təsvirləri əsasında ölkə ərazisinə qanunsuz yolla gətirilən üzərində aksiz markası olmayan külli miqdarda siqaret aşkar olunub.

Faktla bağlı araşdırılma aparılır.

Editor

Related Posts