Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, hadisə şəhərin İstiqlal küçəsində qeydə alınıb.
Məlumata görə, “Saipa” markalı avtomobil motosikletlə toqquşub. Hadisə nəticəsində motosikletin sürücüsü Naxçıvan şəhər sakini, 2005-ci il təvəllüdlü Paşalı Tural Yalçın oğlu xəsarət alıb. Xəstəxanaya yerləşdirilən zərərçəkənin vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.