Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda 177 mindən artıq yumurta məhv edilib

Naxçıvanda 177 mindən artıq yumurta məhv edilib

Naxçıvanda 177480 ədəd yumurta məhsulunda uyğunsuzluqlar aşkarlanaraq məhv edilib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, Naxçıvanda dövlət nəzarəti tədbirləri zamanı laborator müayinəyə cəlb olunmuş 16 iyul istehsal tarixli yumurta məhsulunda uyğunsuzluqlar aşkarlanıb.

Bu zaman istifadəyə yararsız yumurta məhsulu topdançı subyekt tərəfindən geri çağırılıb. Geri çağırılan 493 qutu (177480 ədəd) yumurta məhsullarının Agentlik əməkdaşlarının iştirakı ilə məhv edilməsi prosesi həyata keçirilib.

Editor

Related Posts