Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Ermənistanın silahlandırılması bölgə üçün əlavə təhdid mənbəyidir” – XİN rəhbəri

“Ermənistanın silahlandırılması bölgə üçün əlavə təhdid mənbəyidir” – XİN rəhbəri

“Ermənistanın üçüncü dövlətlər tərəfindən sürətlə silahlandırılması narahatlıq doğur”.

Birinci24.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanla Türkiyədə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Biz hesab edirik ki, bu, yanlış siyasətdir və region üçün əlavə təhdid mənbəyi kimi qəbul edilməlidir. Bütün bu prosesləri biz də izləyirik, bu məsələdə Azərbaycan və Türkiyə arasında koordinasiya var. Bunlar qarşılıqlı dəstək, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləridir. Biz inanırıq ki, ölkələrimizin bu siyasəti regiona sülh, təhlükəsizlik və sabitlik gətirəcək”, – nazir bildirib.

Editor

Related Posts