Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda bərk məişət tullantılarından enerji alınması üçün emal müəssisəsinin tikintisi planlaşdırılır

Naxçıvanda bərk məişət tullantılarından enerji alınması üçün emal müəssisəsinin tikintisi planlaşdırılır

Birinci24 informasiya agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi bərk məişət tullantılarından enerji alınması üçün emal müəssisəsinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı açıq tender elan edib.

Tender üzrə işlərə tullantılardan enerji alınması üçün mərkəzi poliqonun və 1 ha sahədə 4 ədəd ötürücü məntəqənin, 200 hektar sahədə elektrik enerjisi istehsalı obyektinin, mexaniki ayırma qurğusunun, inzibati binanın, qaz balonunun və bütün köməkçi qurğuların layihə-smeta sənədlərinin hazırlanması daxildir.

Bu işlərin təxmini dəyəri 296,65 min manatdır.

Tenderdə iştirak etmək istəyən şirkətlər təkliflərini 27 sentyabr 2024-cü il tarixinədək təqdim etməlidir. Tender proseduru həmin gün saat 17:00-da baş tutacaq.

Editor

Related Posts