Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Paşinyan qısa müddətdə Azərbaycanla sülh imzalamağı təklif edib

Paşinyan qısa müddətdə Azərbaycanla sülh imzalamağı təklif edib

Azərbaycan və Ermənistan sülh müqaviləsi layihəsinin 13 bəndini və ön sözünü razılaşdırıblar.

Bu barədə Emrənistanın baş naziri Nikol Paşinyan “Yerevan Dialogue” beynəlxalq forumunda çıxışı zamanı bəyan edib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti razılaşdırılmış bəndləri artıq imzalamağı təklif edir.

“Sülh müqaviləsi layihəsinin 13 maddəsi və ön sözü tam razılaşdırılıb, 3 maddə qismən razılaşdırılıb, onlar demək olar ki, iki cümlədən ibarətdir. Biz razılaşdırılmış maddələrin qısa müddətdə imzalanmasını təklif edirik”, – Paşinyan deyib və əlavə edib ki, Cənubi Qafqazda sülh nəinki mümkün, həm də realdır.

Editor

Related Posts