Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan millisi qələbə qazanıb

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan millisi qələbə qazanıb

Azərbaycanın qadınlardan ibarət millisi Macarıstanın paytaxtı Budapeştdə start götürən 45-ci Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, I turda Nikaraqua ilə qarşılaşan yığmamız rəqibini 4:0 hesabı ilə üstələyib.

Ülviyyə Fətəliyeva – Mariya Qaranados 1:0

Gövhər Beydullayeva – Kristiana Martines 1:0

Xanım Balacayeva – Abigel Kabesas 1:0

Gülnar Məmmədova – Aleksandra Munyos 1:0

Qeyd edək ki, kişilərdən ibarət komandamız İordaniya ilə qarşılaşır. Teymur Rəcəbovun kapitanı olduğu millidə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alıblar.

Editor

Related Posts