Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Turşudan zəhərlənən yeniyetmə öldü

Turşudan zəhərlənən yeniyetmə öldü

Şərur sakini turşudan zəhərlənərək ölüb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, hadisə Şərur rayonunun Kürkənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 2008-ci il təvəllüdlü Gülnaz Cəmil qızı Ələkbərova konserviləşdirilmiş xiyar turşusunu yedikdən sonra zəhərlənib.

Səhhəti pisləşən Ələkbərova Gülnaz Cəmil qızı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı Şərur Rayon Prokurorluğunda araşdırma aparılır.

Editor

Related Posts