Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Xabi Alonsonun varisi məlum oldu

Xabi Alonsonun varisi məlum oldu

“Bayer” Xabi Alonsonun komandadan ayrılacağı təqdirdə “Kastilya”nın baş məşqçisi işə Raulu cəlb etməyə çalışacaq.

Birinci24 informasiya agentliyi xəbər verir ki, Leverkuzen təmsilçisi 42 yaşlı Alonsonun 2025-ci ilin yayında mümkün gedişinə hazırlaşır və Raul klubun namizədlər siyahısındakı adlardan biridir.

Xatırladaq ki, daha əvvəl “Real”ın gələn yay Xabi Alonso ilə müqavilə imzalamağa çalışacağı barədə məlumat yayılmışdı.

Raul karyerasını 2015-ci ildə başa vurub, o vaxtdan ispaniyalı “Real Madrid”in gənclər komandalarının baş məşqçisi vəzifəsində çalışıb, 2019-cu ilin iyulundan isə “Kastilya”ya rəhbərlik edir.

“Bayer” ötən mövsüm Almaniya çempionluğunu və Almaniya kubokunu qazanıb.

Editor

Related Posts