Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycanda saxlanılan erməni əsilli şəxslərə yenidən baş çəkiblər.
Birinci24.com xəbər verir ki, bu haqda Komitədən APA-ya bildirilib. Qurumdan deyilib ki, oktyabrda saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqə saxlamalarına şərait yaradılıb.
BQXK mandatına uyğun olaraq, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir, həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır, açıqlamada qeyd olunur.
“BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir”, – məlumatda deyilir.
Qurum görüşdüyü şəxslərin kimliyini açıqlamır. Bunlar çox güman 2023-cü ilin sentyabrında keçirilən əməliyyatdan sonra saxlanılaraq Bakıya gətirilən və hazırda barələrində istintaq aparılan özünü buraxmış sepratçı rejimin keçmiş liderləridir.