Ötən ay Ermənistan-Türkiyə sərhədində görüş baş tutub

Ötən ay Ermənistan-Türkiyə sərhədində görüş baş tutub

Ötən ay Ermənistan-Türkiyə sərhədində iki ölkənin bir sıra idarələrinin nümayəndələrinin görüşü baş tutub.

Birinci24.com “Aysor.am” portalına istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamnetinin vitse-spikeri Ruben Rubinyan bildirib.

Onun sözlərinə görə, görüş zamanı Axurik/Akyaka dəmir yolu sərhəd keçidini təmin edəcək texniki ehtiyaclar qiymətləndirilib.

“Görüş müsbət və konstruktiv atmosferdə keçib”, – Rubinyan deyib.

Qeyd edək ki, Ermənistan və Türkiyənin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıç yayda keçirdikləri son görüşdə Gümrü-Qars dəmir yolu xətti ilə sərhədi keçmək üçün texniki tələblərin birgə qiymətləndirilməsi barədə razılığa gəliblər.

Editor

Related Posts