Fransanın Azərbaycandakı səfiri Ann Buayon (Anna Boillon) Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün “RİA Novosti” agentliyinə verdiyi müsahibədə Fransa barədə söylədiklərinə dolayı cavab verib.
“Fransa səfirliyinə göndərilən viza sorğuları bu il yenidən artmaqdadır. Uğursuz dövlətlərin sirli cazibəsi hardan qaynaqlanır?” – səfir “X” platformasındakı səhifəsində belə yazıb.
İlham Əliyev sözügedən müsahibədə Fransayla bağlı həm də bu bunları deyib: “Ola bilsin, Fransa nə vaxtsa böyük ölkə olub; dahi mütəfəkkirlər, böyük alimlər, yazıçılar ölkəsi olub. Amma indi belə deyil. Hazırda Makron rejimi mahiyyət etibarilə Fransanı uğursuz dövlətə çevirir”.