Today Bazar ertəsi, 10th Mart 2025
Birinci 24

Birinci 24

Tovuzda tüstüdən zəhərlənənlərin sayı 70-ə çatıb (YENİLƏNİB)

Tovuzda tüstüdən zəhərlənənlərin sayı 70-ə çatıb (YENİLƏNİB)

Tüstüdən zəhərlənənlərin sayı 70-ə çatıb

****

“Son məlumata görə, 60 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub”.

Birinci24.com xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, zərərçəkənlər müvafiq şöbələrə yerləşdirilib: “Hazırda onların hər birinə zəruri tibbi xidmətlər göstərilir. Vəziyyətləri stabildir. Artıq 27 nəfər ambulator müalicə üçün evə buraxılıb”.

****

Tovuzun Aşağı Quşçu kəndindəki 1 nömrəli məktəbinin 2 sinfində pelet sobasının tıxanması tüstülünməyə səbəb olub. 20-dək şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb.

APA xəbəri Qazax-Tovuz Regional Təhsil İdarəsinə istinadən yayıb.

Bildirilir ki, məktəbdə yanğın təhlükəsizliyilə bağlı əvvəldən görülmüş tədbirlər sayəsində tüstünün yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təhlükəsiz yerə təxliyrə ediliblər. “Tovuz rayonu üzrə təhsil sektorunun əməkdaşları hadisə yerindədirlər. Tüstülənmə nəticəsində 20-yə yaxın şagird özünü pis hiss edib, təcili-tibbi yardıma müraciət olunub. Onların səhhəti diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Tədris prosesinin fasiləsizliyini təmin etmək üçün zəruri tədbirlər görülür” – qurumun hadisəylə bağlı açıqlamasında belə deyilir.

Editor

Related Posts