Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Hamilə arvadını öldürən Vüqar 7 yaşlı qızını da ölümcül döyüb

Hamilə arvadını öldürən Vüqar 7 yaşlı qızını da ölümcül döyüb

Oktyabrın 22-nə keçən gecə Abşeron rayonu, Saray qəsəbəsində həyat yoldaşı, 1995-ci il təvəllüdlü Səidə Nəmətovanı qətlə yetirən Vüqar Nəmətov hadisə vaxtı 7 yaşlı qızına da ağır xəsarət yetiribmiş.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1994-cü il təvəllüdlü Vüqar Nəmətov hadisə vaxtı dəmir boru ilə həyat yoldaşı ilə birgə azyaşlı qızını da amansızlıqla döyüb. Övladını  qorumağa çalışan, hamilə vəziyyətində olan Səidə Nəmətova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

7 yaşlı qızı Gülər isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin indi də ağır olduğu bildirilir.

Qeyd edək ki, V.Nəmətov artıq saxlanılıb və onun barəsində cinayət işi açılıb.

Editor

Related Posts