Reper Orxan Zeynallı və gənc müğənni Zəminə Rəhimova duet təqdim edib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, “Dünya” adlanan mahnı yutub və rəqəmsal platformalarda paylaşılıb.
Layihənin klipini Bahti Baba ekranlaşdırıb. Sosial mesajlarla dolu ekran işində tanınmış aktyor Əmrah Dadaşov və başqaları rol alıb.
“Dünya”nın sözləri Sevinc Ağasıyevaya aiddir.