Birinci24 informasiya agentliyi xəbər verir ki, çöl heyvanlarının sıx məskunlaşdığı və qalın qar örtüyünün müşahidə olunduğu ərazilərdə onların qida maddələrinə, həmçinin mineral duzlara olan ehtiyacının qismən ödənilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən biotexniki tədbirlər keçirilir.
Biotexniki tədbir bu dəfə Ordubad rayonunun Nürgüt kəndi yaxınlığındakı dağlıq ərazidə keçirilib.
Əraziyə Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının əməkdaşları tərəfindən 20 kip qaba yem və 250 kiloqram daşduz dağıdılıb.
Faauna ehtiyatlarının mühafizəsi və artırılması məsələsini daim diqqət mərkəzində saxlayan Nazirlik, biotexniki tədbirləri zərurət yaranan digər ərazilərdə də davam etdirəcəkdir.