Today Bazar ertəsi, 10th Mart 2025
Birinci 24

Birinci 24

“Global Media Group” kiberhücuma məruz qalıb – Foto

“Global Media Group” kiberhücuma məruz qalıb – Foto

“Global Media Group” MMC-yə məxsus mətbuat orqanlarının saytları kiberhücuma məruz qalıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, hazırda istifadəçilər “Report” İnformasiya Agentliyinin saytına (report.az), eləcə də oxu.az, caliber.az və baku.tv-yə daxil olarkən problem yaşayırlar.

Əvvəlcə sözügedən saytlara daxil olarkən ekranda özlərini “Azərbaycan İslam Müqavimət Hərakatı” adlandıran təşkilatın emblemi görünüb, indi isə sadəcə müəyyən xətanın olduğu bildirilir.

Qeyd edək ki, azpolitika.info xəbər saytına da daxil olmaq hazırda mümkün deyil. Mətbuat orqanının redaktoru kiberhücuma məruz qaldıqlarını bildirib.

Editor

Related Posts