Today Bazar ertəsi, 10th Mart 2025
Birinci 24

Birinci 24

“Qalatasaray” – “Fənərbağça” oyunu tanınmış hakimə tapşırılıb

“Qalatasaray” – “Fənərbağça” oyunu tanınmış hakimə tapşırılıb

Türkiyə Futbol Federasiyası (TFF) Superliqanın XXV turunun “Qalatasaray” – “Fənərbağça” oyununu idarə edəcək hakimın adını açıqlayıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, prinsipial qarşılaşma sloveniyalı FIFA referisi Slavko Vinçiçə həvalə edilib.

Yan xətt hakimləri Tomaj Klançnik və Andraj Kovaçiç olacaq. Dördüncü hakim funksiyasını Kadir Sağlam yerinə yetirəcək.

Slavko Vinçiç ötən gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində Niderlandda PSV və İtaliyanın “Yuventus” klubları arasında keçirilmiş cavab oyununu (3:1) idarə edib.

Qeyd edək ki, fevralın 24-də keçiriləcək İstanbul derbisi Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Editor

Related Posts