Today Cümə, 18th Aprel 2025
Birinci 24

Birinci 24

Taksi sürücülərinin boykot kampaniyası ləğv edildi

Taksi sürücülərinin boykot kampaniyası ləğv edildi

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) qaydalarına etiraz olaraq Taksi Sürücüləri Birliyi tərəfindən başladılan boykot kampaniyası ləğv edilib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Birliyin rəhbəri Elşad Eldarov məlumat verib.

Onun sözlərinə görə, müvafiq qurumdan taksi sürücülərinin tələblərinə baxılacağı bildirilib. Buna görə də, o, kampaniyanın ləğv olunduğunu elan edib və sürücüləri fəaliyyətlərini davam etdirməyə çağırıb.

Qeyd edək ki, taksi sürücülərinin tələbləri avtobus zolağında sərnişin mindirib düşürən zaman qüvvədə olan cərimə tətbiqinin ləğv edilməsi ilə əlaqədardır.

Editor

Related Posts