Today Cümə, 11th Aprel 2025
Birinci 24

Birinci 24

Naxçıvanda bayram günlərində meşəbərpa tədbirləri çərçivəsində 11 mindən çox ting əkilib

Naxçıvanda bayram günlərində meşəbərpa tədbirləri çərçivəsində 11 mindən çox ting əkilib

Muxtar respublikası ərazisində meşəbərpa tədbirləri davam etdirilir.

Birinci24 informasiya agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında təbiətin qorunması və meşə sahələrinin genişləndirilməsi məqsədilə Meşələrin İnkişafı və Biomüxtəlifliyin Qorunması İdarəsi tərəfindən Nehrəm-Gölaltı Dövlət Meşəsi ərazisində 6 ha sahədə 2600 ədəd ayland, Xalxal Dövlət Meşəsi ərazisində 3 ha sahədə 1200 ədəd ayland, qaraağac və alça tingləri, Tumbul Dövlət Meşəsi ərazisində 2 ha sahədə 800 ədəd göyrüş, Naxçıvan şəhər Sutəmizləyici Qurğular Kompleksinin ətraf ərazisində 1.5 ha sahədə 650 ədəd, Uzunoba Dövlət Meşəsi ərazisində isə 6.5 ha sahədə 2600 ədəd göyrüş, su anbarının yuxarı hissəsindəki ərazidə 2 ha sahədə 940 ədəd tut, ərik, göyrüş, badam, alça, qaraağac tingləri, Əshabi-Kəhf Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinə gedən avtomobil yolunun sağ və sol kənarındakı ərazilərdə 5 ha sahədə 2050 ədəd badam, göyrüş, ayland, gilənar, Daşarx Meşəsi ərazisində isə 1 ha sahədə 400 ədəd iydə, tut, söyüd, qovaq və çinar tingləri əkilib.

Ümumilikdə 27 ha sahədə meşəbərpa işləri həyata keçirilib və 11240 ədəd müxtəlif növ ting əkilib.

Editor

Related Posts