Today Cümə, 18th Aprel 2025
Birinci 24

Birinci 24

Naxçıvanda ötən sutka ərzində 5 yanğın hadisəsi olub

Naxçıvanda ötən sutka ərzində 5 yanğın hadisəsi olub

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Birinci24 informasiya agentliyi xəbər verir ki, ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında Nazirliyin yanğından mühafizə bölmələri tərəfindən 5 yanğın hadisəsinə çıxış həyata keçirilib.

Belə ki, Babək rayon Araz kəndində iki ərazidə, Şıxmahmud kəndində, eləcə də Ordubad rayon Aza kəndində də iki ərazidə quru ot və kol-kos sahələrdə yanğın hadisələri baş verib.

Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların daha geniş sahələrə yayılmasının qarşısı alınaraq operativ söndürülməsi təmin edilib.

Editor

Related Posts