Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

Azərbaycanda yas mərasimində faciə – 5 qadın xəsarət aldı

Azərbaycanda yas mərasimində faciə – 5 qadın xəsarət aldı

Göyçayda yas mərasimi zamanı evin eyvanı uçub.

Birinci24 informasiya agentliyi xəbər verir ki, hadisə Fərahim İsrafil oğlu Vahidova məxsus evdə qeydə alınıb.

Evdə yas mərasimində iştirak edən qadınların oturduğu evin 2-ci mərtəbəsinin eyvanı uçub. 

Nəticədə 1978-ci il təvəllüdlü Həşimova Mətanət Ağakərim qızı, 1969-cu il təvəllüdlü Vahidova Kəmalə Həşim qızı, Göyçay rayonu, Qarayazı kənd sakinləri 1966-cı il təvəllüdlü Cabbarova Saxanım Suru qızı, 1966-cı il təvəllüdlü Məmmədova Nazilə Məzahir qızı və 1963-cü il təvəllüdlü Əliyeva Susaxan Suru qızı həmin eyvandan yıxılaraq müxtəlif bədən xəsarətləri alıblar.

Araşdırma aparılır.

Editor

Related Posts