Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

Almaniya müharibəyə başlayandan sonra Ukraynaya 28 milyard avroluq hərbi yardım göstərib

Almaniya müharibəyə başlayandan sonra Ukraynaya 28 milyard avroluq hərbi yardım göstərib

Ukraynada müharibə başlayandan Almaniya bu ölkəyə 28 milyard avro hərbi yardım göstərib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, hərbi yardım federal hökumətin vəsaiti ilə sənaye tərəfindən hərbi texnika və digər materialların tədarükünün maliyyələşdirilməsi və Silahlı Qüvvələrin ehtiyatlarından tədarüklər hesabına həyata keçirilib.

Təkcə 2024-cü ildə Ukraynanın təhlükəsizlik qabiliyyətinin artırılması təşəbbüsü üçün ayrılmış vəsait 7,1 milyard avro təşkil edib. Bu vəsaitdən, həmçinin Almaniyanın Avropa İttifaqının Avropa Sülh Mexanizminə (EPF) verdiyi töhfələr də maliyyələşdirilir. EPF çərçivəsində Ukraynaya hərbi yardım üçün çəkilən xərclər Aİ üzv dövlətlərinə geri ödənilə bilər. Bundan əlavə, növbəti illərdə öhdəlik götürmək üçün təxminən 6 milyard avro dəyərində icazələr mövcuddur.

İndiyədək 5 milyard (2023-cü il üçün) və 1,6 milyard avro (2022-ci il üçün) Ukraynaya hərbi yardım üçün sərf olunub. Əlavə olaraq, müharibənin ilk iki ilində təxminən 2,9 milyard avro məbləğində öhdəlik götürülüb ki, bu çərçivədə çatdırılmalar yalnız 2025-2028-ci illərdə həyata keçiriləcək.

Müharibə başlayandan bəri Almaniya Silahlı Qüvvələrinin ehtiyatlarından təxminən 5,2 milyard avro dəyərində hərbi sursat göndərilib. Ən mühüm texnikalar arasında 103 ədəd “Leopard 1 A5” döyüş tankı və 18 ədəd “Leopard 2A6” tankı yer alır. Hava hücumundan müdafiə sahəsində Almaniya Ukraynaya 6 ədəd “IRIS-T SLM” və “SLS” hava hücumundan müdafiə sistemi, 4 ədəd “Patriot” buraxılış qurğusu və 60 ədəd “Gepard” özüyeriyən zenit qurğusu göndərib. Artilleriya dəstəyi çərçivəsində Ukraynaya 25 ədəd “Panzerhaubitze” 2000 özüyeriyən haubitsa, 5 ədəd “MARS II” raket buraxılış sistemi və 3 ədəd HIMARS sistemi təqdim olunub. Həmçinin 549 ədəd VECTOR kəşfiyyat dronu, 900 ədəd HF-1 zərbə dronu və 684 ədəd RQ-35 HEIDRUN dronu, habelə 500 ədəd STINGER və 2700 ədəd STRELA tipli daşınan hava hücumundan müdafiə sistemləri gönədirilib.

Bundan əlavə, 10 mindən çox ukraynalı əsgər Almaniyada hərbi təlim keçib. Bu təlimlər üçün indiyədək 282 milyon avro xərclənib. Müharibədə yaralanmış ukraynalı əsgərlərin tibbi müalicə xərcləri bu hesabata daxil edilməyib.

Editor

Related Posts