Today Bazar ertəsi, 21st Aprel 2025
Birinci 24

Birinci 24

Həftəsonu vətəndaşların bank kartlarından 17 min manatdan çox vəsait oğurlanıb

Həftəsonu vətəndaşların bank kartlarından 17 min manatdan çox vəsait oğurlanıb

Aprelin 19-da və 20-də ayrı-ayrı vətəndaşların bank kartlarından müxtəlif kiber üsulla 6350, 3000, 2000, 1015, 1000, 990, 750, 600, 457, 300, 300, 300, 200, 165, 96, 90, 68, 50, 38, 35 manat və 60 dollar pul vəsaitləri oğurlanıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, vətəndaşların bank kartlarından oğurluqlar davam edir.

Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabda olan pullar, yaxud pul yoxdursa, kredit formasında vətəndaşa zərər vura bilərlər.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmaq tövsiyə edilir. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə vermək olmaz, çünki təhlükə var!

Editor

Related Posts