Today Bazar ertəsi, 9th İyun 2025
Birinci 24

Birinci 24

Məşhur müğənni ürək əməliyyatı keçirdi

Məşhur müğənni ürək əməliyyatı keçirdi

Türk musiqisinin sevilən sənətçisi Nazan Öncel keçən həftə qəfil səhhətində yaranan problem səbəbilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, sənətçi bir neçə gün reanimasiyada müalicə alıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, Nazan Öncel səhhəti ilə bağlı ilk açıqlamasını rəsmi Instagram hesabı üzərindən paylaşıb. O, keçirdiyi tibbi müdaxilədən və hazırkı vəziyyətindən söz açaraq onu dəstəkləyən hər kəsə təşəkkür edib:

“Hər şey ürək döyüntüsü ilə başladı. Angioqrafiyadan sonra isə iki stent yerləşdirildi. Yaxşıyam deyək ki, yaxşı olaq. Zəng edən, yazan, halımı soruşan və qəlbdən salamlayan hər kəsə təşəkkür edirəm.”

Sənətçinin paylaşımı izləyiciləri tərəfindən böyük rəğbətlə qarşılanıb. Minlərlə insan ona tezliklə tam sağalmağı arzulayıb və sosial mediada dəstək mesajları paylaşıb.

Qeyd edək ki, Nazan Öncel Türkiyə musiqisində özünəməxsus səsi və üslubu ilə tanınır, onlarla məşhur mahnının müəllifi və ifaçısıdır.

Editor

Related Posts