Today Bazar ertəsi, 9th İyun 2025
Birinci 24

Birinci 24

Azərbaycanlı bloggerə yarım milyonluq iddia qaldırıldı

Azərbaycanlı bloggerə yarım milyonluq iddia qaldırıldı

Rusiyanın “İnsayt Lyudi” prodüser agentliyi bloger Hüseyn Həsənova qarşı 21 milyon rubl (təxminən 445 min manat) məbləğində iddia qaldırıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə “KP-Peterburq” nəşri xəbər yayıb.

Nəşr qeyd edir ki, məhkəmə sənədi 2025-ci ilin aprel ayında arbitraj məhkəməsinə təqdim olunub. Məhkəmənin saytında verilən məlumata görə, bloger “ödənişli xidmətlərin göstərilməsi üçün müqavilələr üzrə öhdəlikləri yerinə yetirməyib”. Müvafiq məhkəmə iclası isə 2 iyul tarixinə təyin edilib.

Həsənovun “İnsayt Lyudi” şirkəti ilə bağladığı tərəfdaşlıq müqaviləsi çərçivəsində, 2022-ci ildə bloger Sankt-Peterburq və Moskvada keçirilən bir neçə tədbirdə iştirak edib.

Mayın 14-də isə məlum olub ki, bloger qiyabi həbs edilib və qarşısında 7 ilədək həbs cəzası təhlükəsi var. Hüseyn Həsənova qarşı açılan cinayət işində külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması və yuyulması maddələri yer alır. Bloger özü isə vergi borcu olmadığını bildirir.

İstintaqın versiyasına görə, Hüseyn Həsənov 2019-2021-ci illər arasında ümumilikdə 170 milyon rubl (təxminən 3 milyon 600 min manat) vergi ödəməyib. Həmçinin, onun 20 milyon rubl (təxminən 424 min manat) pul vəsaitlərini maliyyə əməliyyatları vasitəsilə leqallaşdırdığı iddia olunur.

Editor

Related Posts