Today Bazar ertəsi, 16th İyun 2025
Birinci 24

Birinci 24

Şıx çimərliyində 2 nəfər batıb – Video

Şıx çimərliyində 2 nəfər batıb – Video

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112″ qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Şıx çimərliyində dənizdə 2 nəfərin batması barədə ilkin məlumat daxil olub.

Birinci24 informasiya agentliyi Nazirliyin rəsmi saytına istinadla xəbər verir ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

“Hazırda batdığı ehtimal olunan 2008-ci il təvəllüdlü Hacıyev İlqar Vüqar oğlu və 2008-ci il təvəllüdlü Qarayev Sabir Rizvan oğlunun axtarışları davam etdirilir”, – məlumatda deyilir.

Editor

Related Posts