“Miss Azerbaijan-2019” model yarışmasının qalibi, model Səmra Hüseynova “Cafe city” adlı kafedən şikayət edib.
Model İtaliyaya uçan zaman Bakıda hava limanında “Cafe city”də oturub və “Sezar roll” alıb.
O bildirib ki, yeməyin içindən qurd çıxıb:
“Ofisianta deyirəm ki, yeməyin içindən qurd çıxıb. Cavab verir ki, sizdə evdə qurd çıxmır? 33 yaşım var, hələ yeməyin içində qurd görməmişəm. Çəkilişə də icazə vermirlər. Deyirlər çəkməyin, çəkməyin, hara çəkirsiniz? Bu nə qədər doğrudur? Özüm də xəstəlik keçirmiş insanam. Öyüyə-öyüyə qalmışam. Ya mənə infeksiya düşsəydi, bağırsaq çöpü düşsəydi? Ya nə isə zəhərlənmə versəydi?!”