Today Çərşənbə axşamı, 17th İyun 2025
Birinci 24

Birinci 24

Türkiyə və Ermənistan rəsmiləri Ankarada görüşüb

Türkiyə və Ermənistan rəsmiləri Ankarada görüşüb

Ankarada Türkiyə və Ermənistan arasında rəsmi görüş – İkitərəfli və regional məsələlər müzakirə olundu.

Birinci24 informasiya agentliyi xəbər verir ki, Ankarada Türkiyə Xarici İşlər nazirinin müavini Berris Ekinci ilə Ermənistan Xarici İşlər nazirinin müavini Vahan Kostanyan arasında diplomatik görüş keçirilib.

Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, görüşdə ikitərəfli münasibətlər, regional vəziyyət və əməkdaşlıq imkanları, sülh və sabitliyin gücləndirilməsi yolları müzakirə olunub.

Bu görüş iki ölkə arasında dialoqun davam etdirilməsi və diplomatik normallaşma prosesində yeni mərhələ kimi qiymətləndirilir.

Editor

Related Posts