Today Cümə, 20th İyun 2025
Birinci 24

Birinci 24

DTX-nin Qaxda saxladığı vəzifəli şəxslərin bəzilərinin kimliyi məlum oldu – KİV

DTX-nin Qaxda saxladığı vəzifəli şəxslərin bəzilərinin kimliyi məlum oldu – KİV

“Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində tutulan şəxslərin bəzilərinin adı məlum olub”.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə “Teleqraf” məlumat yayıb.

Bildirilib ki, əməliyyat nəticəsində icra başçısı Musa Şəkiliyevlə yanaşı, onun birinci müavini Elbrus Tağıyev, İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova, Qax Bələdiyyəsinin sədri Eyvaz Orucov, Qax Kommunal Müəssisələri Kombinatının direktoru Eldəniz Şabanov saxlanılıb.

Qeyd edilib ki, onlar rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və aşmada ittiham olunurlar.

Editor

Related Posts