Today Cümə, 20th İyun 2025
Birinci 24

Birinci 24

“Amnesty International” “Abzas Media” jurnalistlərinin dərhal azad edilməsini tələb edir

“Amnesty International” “Abzas Media” jurnalistlərinin dərhal azad edilməsini tələb edir

“Abzas Media işi” üzrə həbs olunanlar bu gün son sözləri ilə çıxış edəcəklər.

“Amnesty International”ın Şərqi Avropa və Mərkəzi Asiya Regional İdarəsi “Abzas Media işi” üzrə bu gün keçiriləcək növbəti məhkəmə prosesindən əvvəl bir daha jurnalistlərin azadlığa buraxılması üçün çağırış edib.

Təşkilatın müraciətində bildirilir ki, jurnalistlər bu müddət ərzində hədələrlə, təzyiqlərlə və ədalətsizliklə üzləşiblər.

“Jurnalistlərin yeganə “cinayəti” həqiqəti ictimaiyyətə çatdırmaq olub. Onlar dərhal azadlığa buraxılmalıdır”, – təşkilatın bəyanatında deyilir.

Bu gün – iyunun 20-də “Abzas Media işi” üzrə növbəti məhkəmə prosesi keçiriləcək. Jurnalistlərin son sözləri ilə çıxış edəcəyi və onlara yekun hökmün oxunacağı gözlənilir.

Mayın 20-də dövlət ittihamçısı bu iş üzrə təqsirləndirilən şəxslərə ümumilikdə 80 il cəza istəyib.

2023-cü ilin noyabrın 20-dən etibarən Azərbaycanda korrupsiya araşdırmaları aparan “Abzas Media”nın 6 əməkdaşı – direktor Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı həbs ediliblər.

Ötən ilin mayında “Azadlıq Radiosu”nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə də “Abzas Media işi” çərçivəsində həbs edilib. Elə həmin gün “Abzas Media” bəyanat yayaraq Mehralızadə ilə əməkdaşlılıq əlaqəsinin olmadığını bildirib.

Jurnalistlər irəli sürülən ittihamları rədd edir, həbslərinin apardıqları korrupsiya araşdırmalarına görə siyasi sifariş olduğunu bildirirlər.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu həbsləri siyasi motivli hesab edir və jurnalistlərin azad edilməsinə, onlara qarşı ittihamların geri götürülməsinə çağırırlar.

Editor

Related Posts