Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Biz daş, dəmir deyilik ki, deyilən sözlər bizə təsir etməsin”

“Biz daş, dəmir deyilik ki, deyilən sözlər bizə təsir etməsin. Bəzən kiminsə sözü əsəblərimizə toxunanda susub dayanmaq lazım deyil. Mədəni şəkildə sözünü deməyi bacarmalısan. İnanmıram ki, elə bir insan olsun ki, sakit təbiətli olsun. Çox şükür ki, tamaşaçılarım haqqımda hər zaman xoş sözlər yazıb, deyiblər. Hətta sənətdən ayrı düşməyim belə onların mənə qarşı olan sevgisini azaltmayıb. Bunu hər dəfə hiss edirəm. 8 il efirdən uzaq düşdüm, həmkarlarım verilişlərə çıxanda böyük həvəslə izləyirdim. Yalandan deyə bilmərəm ki, izləməmişəm. İzzət bu illər ərzində hər dəfə verilişlərə çıxanda adımı çəkib. İnanın ki, bu mənə o qədər xoş təsir bağışlayıb ki”

Bunu məşhur müğənni Aynur Dadaşova deyib. O daha sonra əlavə edib.

“Bu gün bir çox müğənnilərdən daha tez sənətə gəlmişəm. Gəncləri görəndə onlara uğurlar arzulayıb, xoş sözlər deyirəm. Çalışmalısan ki, sənətdə paxıl olmayasan. Amma paxıllar daha çoxdur. Uzun fasilədən sonra sənətə yenidən gələndə verilişlərdən birində qonaq olmuşdum. Oradakı müğənni qonaqlardan bir neçəsi bir o qalmışdı desin ki, nə var yenidən gəlmisən sənətə, gedib oturmuşdun da evdə?! Başqasının uğuruna sevinməmək artıq xəstəlikdir. Güclü insanlar, özü-özünə inanan insanlar heç bir zaman paxıl olmur. İnsanın ən gözəl silahı, ordusu səbrdir. Bir də görürsən cinayət törədir, sonra peşman olur, deyir ki, vaxtında bilsəydim etməzdim. Bəlkə də 5-10 dəqiqə səbr etsəydi həmin cinayəti törətməzdi. İnsanın səbr kasası daşmasın. Bəzən dözürsən, danışmırsan, keçər deyirsən, görürsən əksinə daha da səbr kasan daşır” deyə müğənni bildirib.

Aynur Dadaşova evdarlığından da danışıb.

“Bir qonşumuz var idi, deyirdi ki, “Aynur sənin əllərinə baxanda bilinir ki, sən əsl evdar xanımsan”. Süni dırnaqlar falan xoşlamıram. İnsanlar var ki, xoşlayır, sənətdə lazımdır. Amma mən özümü çox narahat hiss edirəm. Bəzən buna məcbur oluram. İş görən insan necə olmalıdır ki? Xanımın işi mətbəxdə də olar, sənətdə də” deyə o bildirib.

Aynur Dadaşova ona uğur gətirən “Qalmaz belə qalmaz dünya” mahnısından da danışıb.

“Bu mahnını böyük sənətkarımız Zeynəb xanım Xanlarova illər öncə ifa etmişdi. Bəstəkarı Rauf Məmmədov, sözləri Zakir Fəxrinindir. Bu mahnı mənə çox uğurlar qazandırdı. Allah Zöhrə xanım Abdullayevaya rəhmət etsin. 12 yaşım olanda o bu mahnını studiyada mənə başa sala-sala öyrədib. Bu mahnı ilə “7-17″ verilişində yer tutmuşdum. Məni insanlara sevdirmişdi” deyə o bildirib.

admin

Related Posts