Today Çərşənbə, 25th İyun 2025
Birinci 24

Birinci 24

MAQATE İranın qonşu ölkələrinə radiasiya təsirini qeydə almadı

MAQATE İranın qonşu ölkələrinə radiasiya təsirini qeydə almadı

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İsrail və ABŞ Silahlı Qüvvələrinin İranın nüvə obyektlərinə endirdiyi zərbələr nəticəsində İranın qonşu dövlətlərinə hər hansı radiasiya təsirini qeydə almayıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bunu təşkilatın baş direktoru Rafael Qrossi deyib.

“Mövcud məlumatlara əsasən, MAQATE əminliklə bəyan edə bilər ki, zərbələr nəticəsində qonşu ölkələrdə əhali və ətraf mühitə heç bir radiasiya təsiri qeydə alınmayıb. Nüvə təhlükəsizliyi baxımından xüsusilə vacib olan odur ki, İranın tədqiqat və enerji reaktorları hədəfə alınmayıb”, – Qrossi bildirib.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb. Birləşmiş Ştatlar münaqişənin gərginləşməsindən 9 gün sonra daxil olub: iyunun 22-nə keçən gecə Amerika qüvvələri İranın üç nüvə obyektinə – Fordo, Natanz və İsfahanda hücum edib.

Editor

Related Posts