Tehranda İsrail üzərində “qələbə” bayramı keçirilir.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Yürüş mərkəzi “Enekelab-e Eslami” meydanında keçirilir. İranlılar İslam Respublikası və SEPAH-ın bayraqlarını dalğalandırırlar.
Həmçinin ənənəvi plakatlar üzərində “ABŞ-yə ölüm!” şüarları, eləcə də İranın İsrail üzərində “qələbəsi” ilə bağlı yeni ifadələr – “Barmağımız tətikdədir” və “Sevimli liderimizin dediyi kimi, düşmənimizin atəşkəs tətbiq etməsi məcburi sülhdür: biz bunu qəbul etməyəcəyik” ifadələri də yerləşdirilib.