Today Cümə axşamı, 26th İyun 2025
Birinci 24

Birinci 24

Naxçıvanda toy karvanında avtoxuliqanlıq edən sürücülər saxlanılıb

Naxçıvanda toy karvanında avtoxuliqanlıq edən sürücülər saxlanılıb

Naxçıvanda toy karvanında avtoxuliqanlıq edən sürücülər müəyyən edilib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, Naxçıvan şəhərində ictimai qaydanın pozulması ilə müşayiət olunan avtoxuliqanlıq hərəkətləri edən 75-BG-750 və 77-DL-088 dövlət qeydiyyat nişanlı iki “BMW” markalı avtomobilin sürücüləri saxlanılıblar.

Onlar şəhər ərazisində toy karvanında avtomobil idarə edərkən məqsədli şəkildə təhlükəli manevrlərə yol verərək digər hərəkət iştirakçılarına real təhlükə yaradıblar.

Həmin şəxslər barəsində inzibati protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Editor

Related Posts