Today Cümə axşamı, 26th İyun 2025
Birinci 24

Birinci 24

Gəncədə daha bir gəncin intihar etdiyi bildirilir

Gəncədə daha bir gəncin intihar etdiyi bildirilir

Gəncədə daha bir gəncin həyatını itirdiyi bildirilir.

Məlumata görə, 19 yaşlı İbrahim Nəzərov özünü asaraq həyatına son qoyub.

İbrahim Nəzərovun valideynlərini erkən yaşda itirdiyi və nənəsi ilə babasının böyütdüyü bildirilir.

İbrahim Nəzərov Avtozavod qəsəbəsində yaşasa da, şəhərin digər hissəsində onlara məxsus birotaqlı mənzil də olub. Babası onun ölümündən üç gündən sonra xəbər tutub.

Nəvəsini evdə asılmış vəziyyətdə tapıb.

Daha öncə məhkumluğu olduğu bildirilən İbrahim Nəzərovun ölüm faktı ilə əlaqədar araşdırma başladılıb.

Bu, son bir ay ərzində Gəncədə üçüncü yeniyetmə və ya gəncin ölüm hadisəsidir.

Bundan öncə mayın 13-də Gəncədə 11-ci sinif şagirdi Elgün İbrahimov həyatını müəmmalı şəkildə itirib.

Mayın 29-da Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə məlumat yayaraq Elgün İbrahimovun hündürlükdən yıxılaraq öldürüldüyünü bildirib.

İyunun 18-də Gəncədə “Mahsara bağları” adlanan ərazidəki avtomobil təmiri sexində 15 yaşlı Ümid Niftəliyev adlı yeniyetmə də ölü tapılıb.

İyunun 4-də isə 20 yaşlı C.Abbasovun meyiti Heydər Əliyev park kompleksində sakinlər tərəfindən aşkarlanıb. Onun hansı şəraitdə ölməsi məlum deyil.

Editor

Related Posts