
Məşhur model və aparıcısı Çağla Şikel açıqlaması ilə gündəmə gəlib.
43 yaşlı model qonaq olduğu “İşin əsli” verilişində bahalı geyimlərdən söz açıb.
Çağla bildirib ki, onun “marka” asılılığı yoxdur:
“İndi şüurlu şəkildə alış-veriş edirəm. Mənim heç bir marka həvəsim yoxdur. Ömrümdə o pulları verməyəcəyəm, kim verirsə versin! O pulları zəhmətlə qazanıram, it kimi işləyirəm. Həqiqətən də it kimi işləyirəm, o çanta alnımdan tökülən tərə layiq deyil!”.