Today Cümə axşamı, 3rd İyul 2025
Birinci 24

Birinci 24

Naxçıvanda “Polietilen torbaları gətir, ekoçantanı götür!” aksiyası keçirilib

Naxçıvanda “Polietilen torbaları gətir, ekoçantanı götür!” aksiyası keçirilib

Birinci24 informasiya agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 3 iyul – “Beynəlxalq Polietilen Paketdən İmtina Günü” münasibətilə Naxçıvan şəhərinin ictimai yerlərində “Polietilen torbaları gətir, ekoçantanı götür!” adlı maarifləndirici aksiya keçirilib.

Aksiya çərçivəsində ekokönüllülər insanlara polietilen torbalardan istifadənin ətraf mühitə zərərləri barədə məlumat veriblər. Eyni zamanda, mövzuya həssas yanaşmanın və ətraf mühitin mühafizəsinin əhəmiyyəti barədə məlumatlandırıcı bukletlər təqdim edilib və bu günün mahiyyəti diqqətə çatdırılıb.

Daha sonrq sakinlərdən istifadə olunmuş polietilen torbalar toplanaraq, onların əvəzində ekoloji cəhətdən zərərsiz ekoçantalar hədiyyə olunub.

Aksiyanın keçirilməsində məqsəd polietilen torbalardan istifadənin azaldılması və alternativ vasitə kimi dəfələrlə istifadə oluna bilən parça, həsir və digər ekoçantalara keçidi təşviq etməkdir.

Qeyd edək ki, polietilen torbalar çox qısa müddət istifadə olunmasına baxmayaraq, təbiətdə yüz illərlə çürümədən qalır və ciddi ekoloji fəsadlara səbəb olur. Bu səbəbdən davamlı və təkrar istifadə oluna bilən çantalara üstünlük verməklə təbiətin qorunmasına birgə töhfə verə bilərik.

Xatırladaq ki, plastik tullantıların ətraf mühitə mənfi təsirlərinin azaldılması məqsədilə Azərbaycan Respublikasında 2021-ci il yanvarın 1-dən etibarən qalınlığı 15 mikrona qədər olan plastik torbaların satışı, idxalı və istehsalı qadağan edilib.

Editor

Related Posts