
Sədərək rayonu birinci Qarabağ müharibəsində dəfələrlə Ermənistanın hücumuna məruz qalsa da, oğuz yurdunun sakinləri mərdliklə torpağını qorudu. İkinci Qarabağ döyüşlərində Ali Baş Komandanın rəhbərliyi altında 30 il işğal altında olan torpaqlarımızın azad olunmasında da sədərəkli gənclər şücaət nümayiş etdiriblər. Bu qəhrəmanlardan 7-si şəhidlik zirvəsinə ucalıb.
Bu gün, 8 Noyabr – Zəfər Günü ərəfəsində Sədərəkdə Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Rayonun Dəmirçi kəndində keçirilən aksiyada icra hakimiyyətinin, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak edib.
Aksiya çərçivəsində 1 hektar ərazidə 625 badam tingi əkilib, gövdələri ağardılaraq suvarılıb.