Today Bazar ertəsi, 7th İyul 2025
Birinci 24

Birinci 24

Naxçıvanda ödənişsiz kardioloji müayinələr həyata keçirilib

Naxçıvanda ödənişsiz kardioloji müayinələr həyata keçirilib

Birinci24 informasiya agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin və Nobel İlaç Şirkətinin birgə təşəbbüsü ilə Bakıdan dəvət olunmuş təcrübəli həkim-kardioloqlar – professor, tibb elmləri doktoru İsax Mustafayev və uzman həkim, invaziv kardioloq Samir Allahverdiyev tərəfindən Naxçıvan Sağlamlıq Mərkəzində ödənişsiz müayinələr həyata keçirilib.

Müraciət edən vətəndaşların ürək-damar sistemi ilə bağlı şikayətləri dinlənilib, ilkin müayinə və qiymətləndirmə həyata keçirilib. Həkimlər tərəfindən təzyiqin ölçülməsi, elektrokardioqramma, ümumi vəziyyətin dəyərləndirilməsi və fərdi məsləhətlər verilməsi ilə yanaşı, gələcək müalicə istiqamətləri də müəyyənləşdirilib.

Müayinələrin məqsədi vətəndaşların sağlamlığına vaxtında nəzarət etmək, mümkün risklərin qarşısını almaq və ürək-damar xəstəliklərinin erkən mərhələdə aşkar olunmasına şərait yaratmaqdır.

Qeyd edək ki, müayinələr 2 gün ərzində icra edilib.

Editor

Related Posts