Today Bazar ertəsi, 7th İyul 2025
Birinci 24

Birinci 24

Ötən həftə azad edilmiş ərazilərdə 59 mina aşkarlanıb

Ötən həftə azad edilmiş ərazilərdə 59 mina aşkarlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə aparılan minatəmizləmə əməliyyatlarına dair həftəlik statistik məlumatı açıqlayıb.

Agentliyin məlumatına görə, 2025-ci il 30 iyun – 6 iyul tarixlərini əhatə edən müddətdə Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında həyata keçirilən əməliyyatlar nəticəsində:
• 43 piyada əleyhinə mina,
• 16 tank əleyhinə mina,
• 382 partlamamış hərbi sursat (PHS) aşkarlanaraq zərərsizləşdirilib.

Həftə ərzində ümumilikdə 2 331,8 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib.

ANAMA tərəfindən həyata keçirilən bu əməliyyatlar ərazilərin təhlükəsizliyinin təmin edilməsi və infrastrukturun bərpası baxımından mühüm əhəmiyyət daşıyır.

Editor

Related Posts