Today Cümə, 18th İyul 2025
Birinci 24

Birinci 24

Kəngərli rayonunda minik avtomobilində yanğın olub – FOTO

Kəngərli rayonunda minik avtomobilində yanğın olub – FOTO

Birinci24 informasiya agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Kəngərli rayonunun Qıvraq qəsəbəsində “Megan” markalı minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal Kəngərli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları hadisə yerinə cəlb olunublar.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülərək qarşısı alınıb.

Hadisə nəticəsində avtomobilin mühərrik hissəsi və ön şinləri yanıb.

Editor

Related Posts