ABŞ dövlət katibi Marko Rubio və Fransanın xarici işlər naziri Jan Noel Barro arasında telefon danışığı olub.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi Temmi Bryus məlumat yayıb.
Məlumata görə, Rubio fransalı həmkarı ilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlanması prosesini müzakirə ediblər.
Digər tərəfdən, onlar İranın nüvə proqramı ilə bağlı müzakirə aparıblar.
Tərəflər həmçinin, Qəzza zolağında atəşkəsin təmin edilməsini, Rusiya-Ukrayna müharibəsinə son qoyulmasını müzakirə ediblər.
ABŞ və Fransa XİN rəhbərləri arasında digər müzakirə mövzusu Sudanda davam edən münaqişə olub.