“Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycanın Prezidenti İlham Əliyevlə onillərlə davam edən müharibə və ölümün ardından sülh müqaviləsini (Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında saziş – red.) imzaladığımız üçün böyük şərəf hissi duyuram”.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp öz sosial şəbəkə hesabında yazıb.
“Onlar iki möhtəşəm insan və böyük liderlərdir. Artıq onlar mənim yaxşı dostlarımdır!” – Tramp bildirib.