Today Cümə axşamı, 14th Avqust 2025
Birinci 24

Birinci 24

Naxçıvanda 45 sürücü üçün təlimlər təşkil edilib – FOTO

Naxçıvanda 45 sürücü üçün təlimlər təşkil edilib – FOTO

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Naxçıvanda “Beynəlxalq yük daşımalarında iştirak edən sürücülər üçün iş və istirahət rejimi” mövzusunda xüsusi təlimlər təşkil edilib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, təlimlər Nazirlər Kabinetinin 147 nömrəli Qərarı ilə təsdiq edilən “Taxoqrafdan istifadə, ona xidmət və rəqəmsal taxoqraf kartından istifadə üzrə” proqram əsasında həyata keçirilir.

Təlimlərə 45 sürücü cəlb olunub. Tədris prosesi sürücülərin beynəlxalq yük daşımalarında təhlükəsiz və qanunvericiliyə uyğun fəaliyyətini təmin etmək məqsədilə nəzəri və praktik hissələri əhatə edir. Proqram çərçivəsində sürücülərə taxoqrafların tətbiqi və istifadəsi ilə bağlı ümumi tələblər, taxoqrafların təyinatı, növləri və texniki xüsusiyyətləri, sürücülərin iş və istirahət rejimi, sürücü kartı və ondan istifadə qaydaları tədris edilir.

Təlimlərdə uğur qazanan iştirakçılara müvafiq sertifikatlar təqdim olunacaq. Sertifikat sahibləri beynəlxalq səviyyədə tanınan taxoqraf kartlarını əldə edə biləcəklər.

Təlimlər yükdaşıma fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması, eləcə də sürücülərin peşəkar bilik və bacarıqlarının artırılması baxımından böyük əhəmiyyət kəsb edir.

Editor

Related Posts